Modern.az

Bir şəhərdə zəlzələdən ölənlərin sayı 420-yə çatdı

Bir şəhərdə zəlzələdən ölənlərin sayı 420-yə çatdı

Dünya

29 Sentyabr 2018, 21:27

İndoneziyanın Palu şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin rəhbəri 420 nəfərin həyatını itirdiyini açıqlayıb.

 

Məlumata görə, bu rəqəm yalnız Palu şəhərində ölənlədir. Digər şəhərlərdə həlak olanların sayı hələ dəqiqləşdirilməyib.

 

Qeyd edək ki, dünən Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü