Modern.az

“Bu rəqəmlər bizi qane etmir” – Dini Komitədən AÇIQLAMA

“Bu rəqəmlər bizi qane etmir” – Dini Komitədən AÇIQLAMA

Aktual

1 Oktyabr 2018, 12:05

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri də ölkədə çap olunan, ölkəyə idxal olunan dini ədəbiyyatlarda dinşünaslıq ekspertizasını aparmaqdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, indiyə qədər ölkədə dini ədəbiyyatların ekspertizasını aparıblar.

 

Eyni zamanda dini ədəbiyyatların satışını həyata keçirən satış məntəqələrini, ümumi olaraq dini mağazalara icazə verilməsi məsələsinə baxılıb.

“Hazırda ölkədə 42 dini mağaza fəaliyyət göstərir. Bununla yanaşı dini mağazaların fəaliyyətinə icazələrin verilməsi proseduru davam etdirilir”.

G. İsmayılov deyib ki , ölkədə çap olunan dini ədəbiyyatın böyük bir hissəsi əsasən tərcümədir.

 

“Yəni xarici ölkələrdə çap olunmuş kitabların Azərbaycanda tərcümə edilməsidir. Bizim qarşımıza qoyduğumuz məqsədlər ondan ibarətdir ki, ölkədə çap olunan dini ədəbiyyatların sayında yerli müəlliflərin sayını artıraq. Yəni ümumi desək, əsas qarşımıza qoyduğumuz hədəflərdən biri xaricdən idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəbiyyatların sayını artırmaqdır. Bu istiqamətdə ötən illər ərzində xeyli işlər görülüb. Əgər 2017-ci ildə ölkədə çap olunmuş dini ədəbiyyatın yalnız 14 faizi yerli müəlliflər tərəfindən yazılırdısa, 2018-ci ildə bu 23 faizdir. Bu rəqəm də bizi qane etmir”.

 

Sədr müavini deyib ki, xaricdə çap olunan dini ədəbiyyatların ölkəyə gətirilərkən Dinşünaslıq ekspertizasından keçirilir.

 

“Dinşünaslıq ekspertizasının təşkil olunması zərərli dini ədəbiyyatın ölkəyə idxal olunmasının qarşısını alır. Eyni zamanda ekspertiza ölkədə çap olunan zərərli dini ədəbiyyatların yayılmasının qarşısını alır. Biz ona görə yerli müəlliflərin sayını artırmaq istəyirik ki, xaricdə hazırlanmış dini ədəbiyyat həmin ölkələrin həyat tərzinə , dövlət-din münasibətlərinə, həmin xalqın dinə baxışını əks etdirir.  Amma bununla yanaşı hər bir xalqın dinə baxışı, özünün dövlət-din münasibətləri var. Bu baxımdan dini ədəbiyyatın əksəriyyətinin məhz Azərbaycanda yerli müəlliflər tərəfindən hazırlanmasını qarşımıza məqsəd qoymuşuq”.

 

G. İsmayılovun sözlərinə görə, ötən illər ərzində ölkədə yalnız Dini Komitənin maliyyə vəsaiti hesabına 100-dən artıq dini ədəbiyyat çap olunub.

 

“Bu isə yüksək tiraj deməkdir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü