Modern.az

Oqtay Əsədov Azay Quliyevin təklifinə baxılması üçün Milli Məclisin Aparatına tapşırıq verdi

Oqtay Əsədov Azay Quliyevin təklifinə baxılması üçün Milli Məclisin Aparatına tapşırıq verdi

1 Oktyabr 2018, 13:22

Deputat, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Milli Məclisin bugünkü iclasında müəllifi olduğu "Peşə birlikləri haqqında" və "Sosial sifariş haqqında" qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib.  

Modern.az-ın məlumatına görə, Azay Quliyev deyib ki, bu qanun layihələrinin qəbul olunmasına ciddi ehtiyac var.

"Bu gün QHT-lər haqqında qanun mövcuddur. Lakin bu qanun çərçivə qanunu olduğundan bütün ictimai birlik və təşkilatların fəaliyyətinin hüquqi mexanizmini təmin etmir. Bu baxımdan da ictimai birliklərin normal fəaliyyətini təmin etmək digər qanunıar qəbul edilməlidir. Ümid edirəm ki, parlament vətəndaş cəmiyyətinin bu təklifini nəzərə alacaq”.

Spiker Oqtay Əsədov da deputat Azay Quliyevin təklifini dəstəklədiyini bildirib. O, parlamentin bugünkü iclasında çıxış edən digər deputatlarla müqayisədə Azay Quliyevin konkret təklif ortaya qoyduğunu vurğulayıb:


"Hesab edirəm ki, sizin təkliflərinizə müvafiq komitələr tərəfindən baxılacaq". 


Oqtay Əsədov təkliflə baxılması üçün parlamentin 
Aparatına tapşırıq verib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü