Modern.az

Ermənistan parlamenti qarşısında aksiya başladı

Ermənistan parlamenti qarşısında aksiya başladı

Dünya

2 Oktyabr 2018, 22:03

Ermənistan parlamentinin qarşısında xeyli sayda insanın iştirakı ilə aksiya keçirilir. Modern.az xəbər verir ki, aksiyaçılar ölkə baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasını əngəlləməyə imkan verən qanun layihəsinin qəbuluna etiraz edirlər.

 

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, yerli vətəndaşlar parlamentə girişi bağlayıblar və deputatlar binanı tərk edə bilmirlər.

 

Qanun layihəsi parlamentin ölkə baş nazirini ikinci dəfə seçməsinə zərurət yaranacağı hallarda qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü