Modern.az

Niderlandın Rusiyadakı səfiri XİN-ə çağırıldı

Niderlandın Rusiyadakı səfiri XİN-ə çağırıldı

Dünya

8 Oktyabr 2018, 21:51

Niderlandın Rusiyadakı səfiri Rene Cons-Bos Xarici İşlər Nazirliyinə çağırılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, səfir Niderlandın Rusiyanı kiberhücumlarda ittiham etməsi ilə bağlı izahat verib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Niderland Müdafiə Nazirliyi Kimyəvi Silahların Ləğvi üzrə Təşkilata haker hücumu ilə bağlı Rusiyanı ittiham etmişdi.

 

Həmin hücumun dörd Rusiya vətəndaşı tərəfindən həyata keçirildiyi bildirilmişdi.

 

Rəsmi Moskva bu ittihamları inkar edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü