Modern.az

Tanınmış amerikalı reper Bakıya gəlir

Tanınmış amerikalı reper Bakıya gəlir

Aktual

9 Oktyabr 2018, 16:01

ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Baltimor şəhərindən olan repçi, musiqiçi və sahibkar Uordsmis ilk dəfə Azərbaycana oktyabrın 7-20 tarixlərində səfər edəcək.

Modern.az saytının məlumatına görə, Azərbaycanda Uordsmis və onun qrupu ictimaiyyət üçün müxtəlif konsertlər, yerli musiqiçi və tələbələr üçün ustad dərsləri təşkil edəcək.

Unikal reper qrupu ilə birlikdə ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri Proqramı çərçivəsində ilk dəfə Azərbaycanda çıxış edəcəklər.

 

Bu Proqram mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərini təşkil edir.

 

Uordsmisin Azərbaycandakı bütün konsertləri ictimaiyyət üçün açıq və ödənişsizdir. Konsertlər aşağıdakı tarixlərdə olacaq:

 

13 oktyabr, 19:00      -           Park Bulvar Moll

16 oktyabr, 19:00      -           YARAT Müasir İncəsənət Məkanı

20 oktyabr, 19:00      -           Rəşid Behbudov adina Mahnı Teatrı

 

Uordsmis hip-hopu güclü motivasiyalı mesajla ifa edir. Onun missiyası çox sayda insanları tələb olunan keyfiyyətli müsiqi ilə təmin edərək məqsədli mesaj vasitəsi ilə onları əyləndirmək və maarifləndirməkdir.

 

Morqan Dövlət Universitetində futbol oynamaq üçün tam idman təqaüdünü qazanmasına baxmayaraq, Solsberi Universitetinə keçirilib və bu isə Uordsmisi əyləncə sferasına diqqətini cəlb edib. O, təhsilini Teatr Sənəti üzrə bakalavr dərəcəsi ilə tamamlayıb.

Uordsmis musiqi və teatra olan məhəbbətini biədəb sözlərdən azad olan və məzmunla dolu idarə olunan mesaj və hər yaş üçün əyləncəli olan yüksək ifadəli çıxışları birləşdirir. Uordsmis musiqisi hər kəs üçündür!

Uordsmis 2018-ci ili Marin Alsop və Baltimor simfonik orkestri ilə birlikdə "Heyvanların Karnavalı" üçün hip-hop hekayəsinin təqdimatı ilə başlayıb. 16-cı Müstəqil Musiqi Mükafatlandırma Perspektivli Musiqili Avtomat (Musiqi Qutusu) üçün Ən Yaxşı Rep / Hip-Hop Albom üçün nominasiya və qalibiyyət üfüqdə görünürdü, televiziya müsahibələri və tamaşalar isə qısa müddət sonra olub. Uordsmis, 2018-ci ili öyrətmək, çıxış etmək və məqsədli mesajı yaymaq üçün Azərbaycan və Haitiyə geniş səfər səbirsizliklə gözləyir.

 

Uordsmisin, xeyriyyəçi, müəllim və musiqi kimi göstərdiyi fəaliyyəti ona Afrika, İsrail, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və başqa ölkələrə səfər etməyə yol açmışdır. Dövlət Departamenti, Baltimor meriyası, “Keller Uilliams Realiti”, “Open Dor Baltimor” və “Pleys” layihəsi Uordsmisin şəhər gəncləri və evsizlərə yardım etməyə imkan verib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü