Modern.az

Sumqayıtda 4 tələbə dönərdən zəhərlənib

Sumqayıtda 4 tələbə dönərdən zəhərlənib

Aktual

12 Oktyabr 2018, 13:38

Sumqayıt şəhərində kütləvi zəhərlənmə olub.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt Musiqi Kollecinin tələbələri - 16 yaşlı Ləman Əsgərova, 17 yaşlı Turac Abdinova, 17 yaşlı Bahar Əhmədova və 18 yaşlı Aydan Abdullayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Araşdırma zamanı onların Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən dönərxanaların birindən alıb yedikləri dönərdən zəhərləndikləri məlum olub.

 

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü