Modern.az

ABŞ-dakı “Arsax” prospekti ilə bağlı  Petisiya

ABŞ-dakı “Arsax” prospekti ilə bağlı  Petisiya

Dünya

13 Oktyabr 2018, 00:13

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına etiraz edirlər. Bununla bağlı, artıq diaspor təşkilatlarının etiraz məktubları yayılır. Modern.az axar.az-a istinadən xəbər verir ki, etirazlarda Qarabağın Azərbaycanın əbədi və əzəli torpağı olduğu vurğulanır:

 

"Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı, BMT başda olmaqla, müxtəlif beynəlxalq təşkilatların dəfələrlə qətnamə, bəyanat və s. qəbul etməsinə baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur. Özünü demokratiyanın beşiyi adlandıran BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin lehinə səs verən, ATƏT-in Minsk Qrupunun həmsədri də olan bir ölkədə prospektin "Arsax" adlandırılması, ikili standartların nümunəsidir və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdidir.

 

Bu haqsızlığın aradan qaldırılması, işğalçıya dəstək cəhdinin qarşısının alınması məqsədilə müvafiq etiraz kompaniyasına başlanılıb və bununla bağlı petisiya hazırlanıb. Bütün soydaşlarımızın etiraz aksiyasına qoşulması, aşağıda göstərilən linkə daxil olaraq, petisiyaya imza atması və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdinin qarşısının alınmasında iştirakı zəruridir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü