ABŞ Türkiyə məhkəməsi tərəfindən keşiş Endryu Bransonun azadlığa buraxılmasını alqışlayır.
Modern.az xəbər verir ki, bu haqda Ağ Evi bəyanat yayıb.
Bildirilib ki, ABŞ Türkiyə ilə qarşılıqlı maraq doğuran məsələlərin həlli üzərində birgə işləməyə davam etməyə hazırdır.
Qeyd edək ki, ötən gün İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr keçirilib. məhkəmə ona 3 il 1 ay 15 gün şərti cəza kəsilməsi haqqında qərar qəbul edib. Eləcə də məhkəmənin qərarına görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa bilər.