Modern.az

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar

Türklər Belçikadakı seçkilərdə üstünlük qazandılar

15 Oktyabr 2018, 17:59

Belçikada 14 oktyabrda gerçəkləşən yerli seçkilər yekunlaşıb. Ölkənin Flamand bölgəsində sağ partiyalar səs nisbətini artırarkən çox sayda Türkiyə əsilli vətəndaş yerli hakimiyyətdə uğura imza atıb.

 

Modern.az xəbər verir iki, 10 şəhərdə səsverməyə gedən vətəndaşlar yerli idarəçilər üçün səs veriblər. Türklərin çox daha çox yaşadığı bölgələrdə isə türk əsilli namizədlər yenə də önə keçiblər.

 

Ötən gün keçirilən seçkilərdə Belçikada 7 milyon nəfər vətəndaşlıq vəzifəsini yerinə yetirib. Bu seçkilərdə türk namizədlər ölkənin fərqli bölgələrindən uğura imza atıblar. 40-a qədər türk əsilli namizəd bələdiyyə məclislərinə girməyə haqq qazanıb.

 

Brüsseldə Türklərin çox yaşadığı Saint Josse bələdiyyə sədri Emir Kır 1635 səs ilə vəzifəsində qalıb. Bundan başqa yenə türk məhəlləsi və xarici vətəndaşların çox olduğu Sçaerbeekdə isə 12 türk bələdiyyə məclis üzvü olub.

 

Ölkənin Flamand tərəfi Limburq bölgəsində yenə türklər uğur qazanıb. Gentdə Mehmet Kaycan və Yasin Kılıç, Maasmeçelendə Mustafa Uzun, Serdar Karaalioğlu, Eren Dökmeci, Zehra Kolkıran seçkilərin qalibləri arasındadır.

 

Heusden-Zolderdə Engin Özdemir, Funda Oru, Arif Birinci, Metin Karabaş ile Yasin Gül,  sekilərdən qələbə ilə çıxdılar. Beringen seçki bölgəsində isə Belgin Pekdemir, Abdülkadir Yılmaz, Emel Ünlü, Hilal Yalçın, Xanım Karacan ilə Meral Özcan bələdiyyə məclisinə girməyə nail olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü