Modern.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Aktual

15 Oktyabr 2018, 23:09

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 12-də 82 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 0,45 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 12-də 81,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 12-də 78,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 12-də 80,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,43 dollar/barel azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var