Modern.az

“Qız uşaqlarına qarşı cinayət törədilir” - Komitə sədrinin müavini

“Qız uşaqlarına qarşı cinayət törədilir” - Komitə sədrinin müavini

Aktual

19 Oktyabr 2018, 12:14
Son 25 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb.
 
 
Modern.az cəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
 
 
Onun sözlərinə görə, müasir dövrün cavan ailələrində ilk uşaq qız olduqda ikinci övladın oğlan olmasını istəyirlər.
 
 
S.Qəhrəmanova bildirib ki, uşaqların cins nisbətinin pozulması qadına, doğulmayan uşağa qarşı törədilən zorakılığın bir növüdür:
 
"Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir və onların hüquqları pozulur. Təəssüf ki, bu problemin mahiyyəti insanlara hələ də yetərincə çatmır. Problemin aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılması zəruridir".
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü