Modern.az

İlham Əliyev Türkiyəyə getdi - FOTO

İlham Əliyev Türkiyəyə getdi - FOTO

Aktual

19 Oktyabr 2018, 14:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

 

Modern.az Prezidentin mətbuat xidmətinə xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında İlham Əliyevi yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

 

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı türk əsgərlərini salamlayıb.

Qeyd edək ki, bu gün “SOCAR Türkiyə” tərəfindən inşa edilən “Star” neft emalı zavodunun açılışı olacaq.

İzmirdə baş tutacaq açılış mərasimində prezidentlər İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan iştirak edəcək. 

Qeyd edək ki, zovodun inşasına 6 milyard dollardan çox vəsait xərclənib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü