Arxiv
19 Oktyabr 2018, 17:49 | AKTUAL
Keçmiş deputat küçəyə atasının adını verdirib? - Bilgəh sakinləri Hacı Qalibi təkzib etdilər

Keçmiş deputat Hacı Qalib Salahzadə yaşadığı küçəyə atasının adını verdirib. Bu barədə Modern.az-a Sabunçu rayon sakinləri məlumat veriblər.

Sakinlər Qalib Salahzədənin Modern.az-a  verdiyi bununla bağlı açıqlamada dediyi “Yaşadığım küçə atamın adına deyil axı.. Bilgəh qəsəbəsində 90-cı illərə qədər küçələrin adları olmayıb. Bu ərazi vaxtilə Abşeron rayonunun kəndi olduğuna görə, Bilgəhdə yaşayan hörmətli insanların adı Kənd soveti tərəfindən siyahıya alınıb, adlarına küçə verilib. O cümlədən də atam Aslan Salahzadənin. Lakin hazırda həmin illərdə verilən küçə adlarının hamısı ləğv olunub, həmin küçələr başqalarının adına keçirilib. İndi mənim yaşadığım küçə Aslan Salahzadə deyil, Qələbə küçəsi adlanır” sözlərini tamamilə cəfəngiyat adlandırıblar.


“Kənd icra nümayəndəliyi bunu necə edə bilər axı? Əgər Aslan Salahzadə adına küçənin adı ləğv edilibsə, 20 gün bundan öncə verilmiş bələdiyyə sənədində bu ünvan necə göstərilib?” -deyən Bilgəh sakinləri  qeyd ediblər ki, Qalib Salahzadə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşadığı küçəyə atası Aslan Salahzadənın adını verdirib.

“Hazırda da Bilgəh bələdiyyəsinin yerləşdiyi ünvan Aslan Salahzadə küçəsi 12-dir. Buradan da görünür ki, Hacı Qalib Salahzadə yalan danışır”,-deyə bilgəhlilər vurğulayıblar.

“Əgər poçt indeksi həmin ünvana verilibsə, bələdiyyə sənədində həmin ünvan göstərilirsə, küçəyə Aslan Salahzadənin adı vurulduğu təqdirdə Qalib Salahzadə mətbuata necə yalan məlumat verə bilər? Vətəndaşların Baş Prokurorluğa ünvanlandığı məktubda Aslan Salahzadə küçəsi 12 göstərilirsə, Qalib Salahzadə bunu necə inkar edə bilər?”.

Məlumat üçün bildirək ki, AZ 1094 saylı poçt indeksi məhz Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi 12-yə verilib.

“Bəs, bunu  Hacı Qalib Salahzadə  necə inkar edir? Axı poçt idarəsi xidmət etdiyi ərazinin sənədini əldə etməsə ora xidmət edə bilməz” deyən sakinlərin Modern.az-a göndərdiyi şəkildən məlum olur ki, Sabunçu rayonu, Bilgəh bələdiyyəsi Aslan Salahzadə küçəsi 12 ünvanında yerləşir.


Digər əldə etdiyimiz məlumata görə isə Sabunçu rayonunun Bilgəh bələdiyyəsinin nizamnaməsi hazırlanan dövrdə Hacı Qalib Salahzadə bələdiyyə sədri olub. Buradan da görünür ki, Hacı Qalib Salahzadə atasının adını elə həmin vaxt “əbədiləşdirmək” üçün küçəyə verib.

 

 Sabunçu rayonunun Bilgəh bələdiyyəsi nizamnaməsinin 1.5-ci bəndində ünvan aşağıdakı kimi göstərilib:

1.4. Bələdiyyənin adı: Sabunçu rayonunun Bilgəh bələdiyyəsi.

1.5. Bələdiyyənin ünvanı: Sabunçu rayonunun Bilgəh qəsəbəsi, A. Salahzadə küçəsi 12.

Buradan http://www.e-qanun.az/alpidata/framework/data/38/f_38225.htm tanış ola bilərsiniz.

 


Digər məlumata görə, Baş Prokurorluq Hacı Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün  Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb.

"Yeni Müsavat" qəzeti xəbər verir ki, məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsi haqda yazılıb. Məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanlanan müraciətdir.

Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək, dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yolda  maneə yaranıb. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktub 1 həftə əvvəl göndərilsə də, Qalib Salahzadənin bağladığı yol hələ də açılmayıb.


“Yeni Müsvat” qəzeti yazır ki, Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılır. Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilir. Bundan başqa, sabiq deputat saxta sənədlə Bilgəh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib.
Qəzet yazır ki, fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir.  “Yeni Müsavat”ın məlumatında deyilir ki, iş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılır. Hazırda Hacı Qalib Salahzadədən  şikayətçilərin sayı 4 nəfərdir. Amma şikayətçilərin artacağı da istisna deyil.

 

“Yada salaq ki, bu ilin aprelində şikayətçi Seymur Quliyev və Nurid Əliyevin əmlaklarının dağıdılması ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb. İş materialları istintaq olunmaq üçün Daxili İşlər Nazirliyi İstintaq İdarəsinə göndərilib. Seymur Quliyevin sözlərinə görə, Hacı Qalib Salahzadə iş üzrə bir neçə dəfə dindirilib və onunla üzləşdirilib. Seymur Quliyev istintaqa onun əmlakının məhz Hacı Qalib Salahzadə tərəfindən zəbt edilərək dağıdılmasını israrla bildirib, faktlar təqdim edib. 10-a yaxın şahid də Seymur Quliyevin dediklərini təsdiq ediblər. Seymur Quliyev deyir ki, Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə Azərbaycan Qanunlarını və Konstitusiyasını saymadığını ortaya qoyub”,-deyə “Yeni Müsavat” qeyd edib.

 
Aysel Aslan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49 Ukraynada prezident seçkilərinin II turu keçirilir 21 Aprel 2019, 10:26 Doğum və ölüm günü bir yerdə qeyd olunan aktrisa - Məşhur cütlüyün ailə FACİƏSİ - FOTOLAR 21 Aprel 2019, 09:49 Ermənilər cəbhədə təxribatlara davam edir 21 Aprel 2019, 09:44 Rektor gənclərə daha 10 tövsiyə verdi: “Hər işi öz zamanında görün” 21 Aprel 2019, 09:26 Tanrı pıçıltısını sözə çevirə bilən xanım 21 Aprel 2019, 09:11 Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə  suçlanan icra başçısının müavini: "Videonu mən çəkmişəm" - AÇIQLAMA  21 Aprel 2019, 00:08