Modern.az

Ukraynada təbii qaz bahalaşdı

Ukraynada təbii qaz bahalaşdı

19 Oktyabr 2018, 21:13

Ukraynada təbii qazın qiyməti bahalaşıb. Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, əhali istehlakçı qrupu üzrə tarifi 23,5 faiz artırılıb.

 

Ukrayna Baş naziri Volodımir Qroysman Ali Radanın iclasında bildirib ki, qazın hər 1000 kubmetrinin qiyməti 6958 qrivnadan (246.89 dollar) 8550 qrivnayadək (303.37 dollar) artırılıb.

 

V.Qroysman bildirib ki, yeni tarif noyabrın etibarən qüvvəyə minəcək: "Qərar Beynəlxalq Valyuta Fondu tərəfindən Ukraynaya növbəti kredit tranşı açmaq üçün irəli sürülən şərtlər daxilində tətbiq olunur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü