Modern.az

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ALİ QONAĞI - FOTO  

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ALİ QONAĞI - FOTO   

20 Oktyabr 2018, 10:27

Modern.azsaytının“Bir şəklin tarixçəsi” rubrikasında növbəti təqdimat...

Zaman - 1973-cü il... Məkan - Göygöl Dövlət Təbiət Qoruğu... Fotoşəkil məşhur Göygöl gölünün sahilində çəkilib. Şəkildəkilər yüksək vəzifəli dövlət məmurlarıdır...

Ortada Azərbaycana qonaq gəlmiş Bolqarıstan Kommunist Partiyası MK-nın baş katibiTodor Jivkovdur...O Jivkov ki, Bolqarıstanın sonuncu kommunist lideri kimi tarixə düşüb.

Solda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev, sağda isə o vaxt Kirovabad (indiki Gəncə) Partiya Komitəsinin birinci katibi olan Əbdürrəhman Vəzirov dayanıb. Azərbaycan rəhbərləri Bolqarıstandan gəlmiş ali qonağı Göygöl sahilinə gəzməyə çıxarıblar...

Şəkildən görünür ki, azərbaycanlıların qonaqpərvərliyindən razı qalan Todor Jivkov bu gəzintidən məmnundur.

Todor Xristov Jivkov 1954-1989-cu illərdə Bolqarıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi olub. Bolqarlar 35 il ölkəyə rəhbərlik etmiş Jivkovu “Batka” adlandırırdılar.

Todor Jivkov Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyevlə yaxşı münaisbətdə olub. Başqa cür ola da bilməzdi, çünki o zaman Bolqarıstan və Sovetlərin gözəl əlaqələri var idi. 

Əbdürrəhman Vəzirov 1970-1974-cü illərdə Kirovabad (indiki Gəncə) Partiya Komitəsinin birinci katibi işləyib.





A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi