Modern.az

Binəqədidə iməclik keçirilib

Binəqədidə iməclik keçirilib

22 Oktyabr 2018, 11:41

20 oktyabr 2018-ci il tarixdə Binəqədi rayonu, 7–ci mikrayon, Dərnəgül  metrostansiyasının üstündəki parkda Binəqədi rayonunun bələdiyyələri tərəfindən  “Yerli demokratiya həftəsi” çərçivəsində yekun tədbir, umumrayon iməciliyi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri, Yeni  Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, məsul əməkdaşları Şəhər Bələdiyyələri Milli Assosiyasiyasının katibi, “Belediyye.info” saytının rəhbəri, umumilikdə 250 nəfər  rayon ictimaiyyəti iştirak edib.

 

Məlumat üçün qeyd edək ki, Yerli demokratiya həftəsi” çərçivəsində 15 -21 oktyabr 2018-ci il tarixləri ərəfəsində Binəqədi rayonunun bələdiyyələri tərəfindən həftə ərzində hər bir bələdiyyə üzrə silsilə tədbirlər həyata keçirilmiş və yekun olaraq bu gün birgə yekun tədbiri keçirilib.

Tədbirdə 500 ədəd Eldar şamı və 100 ədəd Xan çinar əkilib.

Tədbirdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosasiyanın sədri, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və “Belediyye.info” saytının rəhbəri Vüqar  Tofiqli  çıxış etmiş, tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verib.

 Sonra bələdiyyələr üzrə “Nümunəvi məhəllə komitə sədri” nominasiyası və “Nümunəvi vergi ödəyicisi” nominasiyası üzrə fərqlənən şəxslərə Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Tədbirə çay süfrəsi ilə yekun vurulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...