Modern.az

Kaşıkçının qətli  ilə bağlı Səudiyyə Ərəbistanın işlətdiyi hiylə ÜZƏ ÇIXDI

Kaşıkçının qətli  ilə bağlı Səudiyyə Ərəbistanın işlətdiyi hiylə ÜZƏ ÇIXDI

22 Oktyabr 2018, 16:51

Ölümünün təfərrüatları bütün sivil dünyanı dəhşətə gətirən “Wasington Post” qəzetinin jurnalisti Camal Kaşıkçı ilə bağlı daha bir detal üzə çıxıb.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunun əməkdaşları jurnalistin ölümü ilə bağlı məsuliyyətdən qurtulmaq üçün ona bənzəyən şəxsi şəhər küçələrinə gəzməyə buraxıb. Bu addım jurnalistin itkin düşməsindən bir neçə saat sonra atılıb.

 

Konsulluğun binasından çıxan həmin şəxs Kaşıkçının geyindiyi paltarların eynisindən istifadə edib. Kamera görüntüləri onu İstanbulun mərkəzində də çəkib.

 

Həmin şəxsin Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanlarının əməkdaşı Mustafa-əl-Mədəni olduğu üzə çıxıb. Onun Kaşıkçı kimi geyindiyi, saxta saqqal və eynək taxdığı görüntülərdən aydın olsa da, Kaşıkçının başındakı dazlıq əlamətləri onun başında müşahidə olunmayıb.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı Camal Kaşıkçının öldürüldüyünü rəsmən etiraf edib. 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır