Modern.az

Azərbaycan Fransaya NOTA verdi

Azərbaycan Fransaya NOTA verdi

Aktual

23 Oktyabr 2018, 20:18

Fransanın ölkəmizdəki səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Naziriyindən məlumat verilib.

 

Məlumata görə, ona, Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

 

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib. Fransa Hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə Azərbaycan Xarici İşlər Naziriyinin rəsmi notası təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü