Modern.az

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO

Futbol azarkeşlərinin olduğu eskalator çökdü: 30 yaralı - FOTOLAR, VİDEO

Aktual

23 Oktyabr 2018, 22:52

Çempionlar Liqası matçı üçün İtaliyaya gedən rusiyalı tərəfdarlar qorxunc qəza keçirib. Modern.az xəbər verir ki, Roma metrosunun “Repubblica” stansiyasında Rusiyalı tərəfdarları daşıyan eskalator çöküb.

 

Yaranan böyük çaxnaşmada 30 nəfər yaralanıb. Yaralılardan 5-nin vəziyyəti ağırdır. Qəzadan sonra metro stansiyası bağlanıb və hadisə yerinə 4 təcili yardım avtomobili gəlib.

 

 Qeyd edək ki, Rusiya tərəfdarlarından birinin ayağını itirə biləcəyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var