15 noyabr 2018, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Deputatlar nazirliyin təşəbbüsünə qoşuldular: “Sellofan torbalar yığışdırılmalıdır!”
Deputatlar nazirliyin təşəbbüsünə qoşuldular: “Sellofan torbalar yığışdırılmalıdır!”
30.10.2018, 15:05

Bu gün, demək olar ki, bütün marketlər, satış mərkəzləri alınan malları sellofan paketlərdə qablaşdırır. Elə insanlar da daşıma vasitəsi kimi daha çox sellofan torbalara üstünlük verirlər. Kağız torbalardan tək-tük satış yerlərində istifadə olunur. Əvvəllər isə vəziyyət belə deyildi. Bazarlarda əsasən kağız paketlərdən, həsir zənbillərdən istifadə edilirdi. Hazırda bir sıra xarici ölkələrdə plastik qabların, sellofan torbaların istifadəsindən imtina edilir. Məsələn, ABŞ, İngiltərə, Yeni Zellandiyada ərzaqlar üçün yalnız kağız paketlərdən istifadə olunur.

Tayvan, Keniya, Uqanda, Fransa, Latviya və bu kimi bir çox ölkələrin hökumətləri də sellofan paket istifadə olunmasını qadağan edib. Bu yaxınlarda isə Gürcüstan da plastik qablardan, sellafon torbalardan istifadəyə qadağa qoydu.

Azərbaycanda isə vəziyyət tamam fərqlidir.

Məhz vəziyyətin fərqliliyini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik qablar, polietilen torbalar və onlardan istifadənin məhdudlaşdırılması ilə bağlı kampaniyaya start verib.

Çünki insanlar özləri də bilmədən plastik qablar, sellofan torbalardan istifadə etməklə yaşadığımız ətraf mühitə mənfi təsir göstərmiş olurlar.

Modern.az  saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı kampaniyanın əhəmiyyəti barədə Milli Məclisin deputatlarının fikirlərini almağa çalışıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ictimaiyyət nümayəndələrinin, insanların nazirliyin bu təşəbbüsünə qoşulmalı olduğunun vacib sayıb:
 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı kampaniyanı dəstəkləyirəm. Çünki plastik qabların, sellofan torbaların müəyyən xəstəliklərin yayılmasında rolu mütləqdir. Onlar qida təhlükəsizliyi cəhətdən o qədər də əlverişli deyil. Sizə açığını deyim ki, dünyanın bir çox ölkələrində bundan imtina edirlər. Azərbaycanda da bu ənənəyə start verilib. Fikir vermisizsə, bəzi marketlərə daxil olanda kağız torbalar təqdim olunur. Heç olmasa qida məhsullarını alanda sellofan torbalardan istifadə edilməsin. Hətta adi plastik qablar var ki, onun içindəki suyu içirik.

Bu qabların materiallarında kimyəvi maddələr var. İndiki dövrdə bir qisim insanlar şüşə butulkalardakı sudan alıb içirlər. Azərbaycan inkişaf etməkdə olan ölkədir. İnsanlarımız sağlamlıqlarının qeydinə qalmağı bacarmalıdırlar. Elə etməliyik ki, övladlarımız sağlam böyüsün. Gələcək nəslin sağlamlığına biganə yanaşmamalıyıq. Ona görə də nazirliyin təklifini dəstəkləyirəm və deyirəm ki, millət də bu təklifə qoşulmalıdır”.
 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Musa Quliyev Nazirliyin vacib və olduqca əhəmiyyətli olan təşəbbüsündən danışarkən ona dəstək verdiyini deyib:
 

“Əgər xatırlayırsızsa, bir neçə il bundan qabaq Milli Məclisin iclasında sellofan torbalardan imtina etmək barədə məsələ qaldırmışdım. Torbaların satışı məhdudlaşdırılmalıdır. Sellofan torbalar ekologiyanı da çox çirkləndirir. Üstəlik torpaqda çürümür və qalır. Bu da onu göstərir ki, onu netrallaşdırmaq olmur. Bunun üçün əlavə xərclər olmalıdır. Sellofan torbalardan və plastik qablardan artıq bəzi ölkələr imtina edib. Məsələn, Rusiyanın bir çox bölgələrində sellofan torbaların istifadəsi yığışdırılıb. Bu zaman müştəri də məcbur qalıb digər köməkçi vasitələrə əl atır. Böyük torbalara müraciət edirlər.
Bəzi ölkələrdə parça və yüngül qamışlardan zənbillər hazırlanır. Həm millidir, həm ekoloji cəhətdən təmizdir, həm də iqtisadi cəhətdən sərfəlidir.

Yaxşı ki bizim Nazirlik tərəfindən də bu işə başlanılıb. Hindistan, Tayland kimi ölkələrdə sellofan torbalara görə cərimələr mövcuddur. Bunun sağlamlıq üçün zərəri daha çoxdur. Elələri var ki, ona ərzaq məhsulları qoymaq çox təhlükəlidir. Eyni zamanda, məhsulun uzun müddət sellofan torbada saxlanılması insan həyatı üçün yaxşı nəsə vəd etmir. Sovet dönəmində kağızlardan istifadə edilirdi. Müəyyən ərzaq məhsullarında kağızdan istifadə etmək olar. Çox istərdik ki, əvvəlki zənbillər geri qayıtsın. Çünki sellofan torbalar digər canlılar üçün də zərərlidir. Bəzən yol kənarında sellofanlara rast gəlirik. Onu balıqlar yedikdə zəhərlənir. Ziyanlı tərəfləri var.

Ona görə bir də vurğulayıram Ekologiya və Təbii Sərvətlər Nazirliyinin plastik qablar, sellofan torbalardan imtina etməklə bağlı başladığı kampaniyanı dəstəkləyirəm. Bu, əhatəli olarsa, biz də sevinərik. Həmçinin, biz də bu məsələdə nazirliyin yanındayıq”.
 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü  Kamran Nəbizadə də nazirliyin təşəbbüsünə dəstək verdiyini bildirib:

“Plastik qablar, sellofan torbalar ekoloji cəhətdən də çox zərərlidir. Təəssüf ki, küləkli havada göyə sovrulan sellofanlar gözümüzə dəyir. Bunlar ekologiyanı da çirkləndirməklə məşğuldur. Plastik qablar, sellofan torbalar torpaqda belə çürümür. Təbii, onların kimyəvi təsiri olduğundan zərəri də istisna deyil. Ona görə də nazirliyin başladığı kampaniya çox müsbət təşəbbüsdür. Nazirliyi dəstəkləyirəm. İnsanların plastik qabların, sellofan torbaların vurduğu ziyan və fəsadlarla bağlı maarifləndirilməsin ehtiyac var”. 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.11.2018, 23:38

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq
15.11.2018, 23:24

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov
15.11.2018, 23:10

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov

Maştağada qəbirqazan “iş başında” öldü
15.11.2018, 22:58

Maştağada qəbirqazan “iş başında” öldü

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş
15.11.2018, 22:41

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş

Azərbaycan komandası məğlub oldu
15.11.2018, 22:27

Azərbaycan komandası məğlub oldu

Sumqayıtda yaşlı kişi intihar edib
15.11.2018, 22:16

Sumqayıtda yaşlı kişi intihar edib

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb
15.11.2018, 22:07

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb

OPEC-in yeni prezidentinin adı açıqlandı
15.11.2018, 21:54

OPEC-in yeni prezidentinin adı açıqlandı

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır
15.11.2018, 21:42

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi
15.11.2018, 21:30

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib
15.11.2018, 21:16

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi
15.11.2018, 21:03

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi

Avtobus qəzasında xeyli insan yaralandı
15.11.2018, 20:48

Avtobus qəzasında xeyli insan yaralandı

Baş nazir istefaya göndərilir
15.11.2018, 20:37

Baş nazir istefaya göndərilir

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı
15.11.2018, 20:28

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib
15.11.2018, 20:15

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO
15.11.2018, 20:03

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir
15.11.2018, 19:39

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO
15.11.2018, 19:35

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
15.11.2018, 19:02

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Sabah Lənkəranda su kəsiləcək
15.11.2018, 18:54

Sabah Lənkəranda su kəsiləcək

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib
15.11.2018, 18:38

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO
15.11.2018, 18:24

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb
15.11.2018, 18:19

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi
15.11.2018, 17:49

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
15.11.2018, 17:44

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi
15.11.2018, 17:34

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib
15.11.2018, 17:28

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib

İlham Əliyev onları təltif etdi - SİYAHI
15.11.2018, 17:27

İlham Əliyev onları təltif etdi - SİYAHI

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək
15.11.2018, 17:27

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı
15.11.2018, 17:24

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı
15.11.2018, 17:21

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
15.11.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu
15.11.2018, 17:04

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR
15.11.2018, 16:52

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?
15.11.2018, 16:34

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı
15.11.2018, 16:26

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR   
15.11.2018, 16:25

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR  

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ
15.11.2018, 16:02

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO
15.11.2018, 15:59

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO

Neftin ölkənin ümumi ixracındakı payı artıb
15.11.2018, 15:50

Neftin ölkənin ümumi ixracındakı payı artıb

Bakıda sərnişin avtobusu yandı
15.11.2018, 15:50

Bakıda sərnişin avtobusu yandı

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi
15.11.2018, 15:39

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”
15.11.2018, 15:38

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi
15.11.2018, 15:22

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi

XİN Ukraynadakı səfirliyimizin işini Baş Prokurorluğa verdi - RƏSMİ   
15.11.2018, 15:20

XİN Ukraynadakı səfirliyimizin işini Baş Prokurorluğa verdi - RƏSMİ  

Putin: “Neftin 1 bareli 70 dollar olmalıdır”
15.11.2018, 15:02

Putin: “Neftin 1 bareli 70 dollar olmalıdır”

İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB
15.11.2018, 15:02

İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB

Nazirin xalası qızı Bakıdakı Qocalar evində yaşayır - FOTO
15.11.2018, 14:43

Nazirin xalası qızı Bakıdakı Qocalar evində yaşayır - FOTO

ARXİV