Modern.az

Samir Şərifov Fəzail Ağamalıya CAVAB VERDİ  

Samir Şərifov Fəzail Ağamalıya CAVAB VERDİ   

Aktual

7 Noyabr 2018, 13:40

“Milli Məclisin ezamiyyə xərcləri ilə bağlı məsələyə baxılır”. Modern.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib. Nazir bildirib ki, ölkə daxilində ezamiyyə xərcləri artırılıb.

“Xarici ezamiyyə xərcləri ilə bağlı normalara baxılması vaxtaşırı olaraq həyata keçirilir. Biz buna növbəti ildə baxılmasını planlaşdırmışıq. Amma mən bildiyim qədər söhbət normalardan deyil, Milli Məclisə ayrılan ezamiyyə vəsaitlərindən gedir. Maliyyə Nazirliyinə Milli Məclisin İşlər idarəsi tərəfindən müvafiq dəqiqləşmələrlə bağlı məlumat daxil olub. Biz onları nəzərdən keçiririk”.

Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı Milli Məclisə ayrılan ezamiyyə xərclərinin az olmasından şikayətlənib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü