Modern.az

Konqresə seçkilər başa çatdı - Tramp prezidentliyinin ən ağır zərbəsini aldı

Konqresə seçkilər başa çatdı - Tramp prezidentliyinin ən ağır zərbəsini aldı

Dünya

7 Noyabr 2018, 15:57

ABŞ-da qanunverici orqanlara keçirilən seçkilər ölkə cəmiyyətindəki ikitirəliyi ortaya qoyub.

 

Modern.az “Wall Street Journal”a istinadən xəbər verir ki, milyonlarla seçici ilk dəfə olaraq, Trampın 2 illik prezidentlik dönəminə münasibət bildirmək şansı qazandı.

 

“6 noyabr seçkilərinin nəticəsi olaraq demokratlar Nümayəndələr Palatasında, Respublikaçılar isə Senatda çoxluğu əllərində saxladılar. Bu hadisə uzun illər müharibə vəziyyətində olan demokratları və respublikaçıları birgə işləməyə vadar edəcək. Eyni zamanda, yaxın 2 il ərzində Tramp üçün öz planlarını həyata keçirməkdə müəyyən əngəllər yaradacaq. Çünki Nümayəndələr Palatasını nəzarətə götürən demokratlar qarşıdakı 2 ildə “Rusiya işi” və s. məsələlərlə bağlı ciddi problemlər yarada bilər”.

 

Ümumilikdə, baş verənlər ABŞ cəmiyyətindəki fikir ayrılıqlarını ortaya qoyur.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var