Modern.az

Türk qırıcıları Yunanıstana girməsi qalmaqal yaratdı

Türk qırıcıları Yunanıstana girməsi qalmaqal yaratdı

Dünya

9 Noyabr 2018, 00:47

“Türkiyə hərbi təyyarələrinin Yunanıstan hava məkanına daxil olması üçün icazə istəməsi normal prosedurdur”. Modern.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Hami Aksoy əlavə edib ki, həm hərbi, həm də mülki təyyarələrin digər bir ölkənin hava məkanından istifadəsi məqsədilə icazə istəmək haqqı var: “Təyyarələrimiz də öz növbəsində Yunanıstan hava məkanından istifadə edərkən beynəlxalq qaydalara uyğun olaraq, icazə istəyə bilər. Bu, yeni prosedur deyil”.

 

Qeyd edək ki, Yunanıstanın Milli Müdafiə naziri Panos Kamennos türk qırıcılarının Yunanıstan hava məkanına daxil olması üçün icazə istədiyini bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü