Modern.az

Salyanda ağır qəza: Ölən və yaralananlar var

Salyanda ağır qəza: Ölən və yaralananlar var

Aktual

13 Noyabr 2018, 09:36

Salyan rayonunda 1 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Şörsulu kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb. Qəza zamanı habelə Astara rayon sakinləri - 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar.

 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü