Modern.az

Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub

Azərbaycanlı sahibkarlar Rumıniyaya investisiya yatırmağa dəvət olunub

Aktual

14 Noyabr 2018, 13:31

Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.


Konfederasiyadan Modern.az-a bildirlib ki, Qara Dəniz Regionunda Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Beynəlxalq Biznes Forumun ASK tərəfindən yüksək səviyyədə təşkil olunduğuna görə təşəkkürünü bildirən səfir qeyd edib ki, Forumda ASK ilə Rumıniyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumunun imzalanması iki ölkənin biznes təşkilatları arasında əlaqələrin inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.  Anlaşma  Memorandumuna əsasən yaradılan Biznes Şuranın iki ölkənin biznes icması arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın  fəaliyyətinin əhəmiyyətini qeyd edən səfir Komissiyanın növbəti iclasının  22-23 noyabr tarixlərində  Buxarestdə  keçiriləcəyini bildirib.

 “Rumıniyanın Azərbaycandakı Səfirliyi ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin, xüsusən də iqtisadi və ticari əlaqələrin xalqlarımızın qarşılıqlı fayda və rifahı naminə inkişaf etdirilməsində çox dərindən iştirak edir”,- deyə səfir bildirib.

Səfir bildirib ki,  Rumıniya hökuməti  ölkəyə xarici investorları cəlb etmək üçün  Dövlət-Özəl Tərəfdaşlıq İnvestisiyalar  Milli Proqramını təşviq edir.  Milli Proqram  çərçivəsində Rumıniyada  magistral avtomobil yolların, yüksək sürətli dəmir yolu  və metro xəttlərinin, regional xəstəxanaların, limanların, hidroelektrik stansiyaların, dag xizek komplekslərinin, hava limanının və milli maraq kəsb edən digər i infrastruktur layihələrinin inşası nəzərdə tutulub. Azərbaycanın yol inşaat və digər infrastruktur layihələrində böyük  təcrübəyə malik olduğunu  qeyd edən səfir azərbaycanlı investorları bu proqrama qoşularaq Rumıniyaya investisiya yatırmağa dəvət edib.

 Rumıniyanın Azərbaycan üçün dost ölkə olduğunu qeyd edən Məmməd Musayev iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq  edildiyini vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü