Modern.az

Muzdlu işçilərin sayı 1 milyon 548 min nəfər olacaq

Muzdlu işçilərin sayı 1 milyon 548 min nəfər olacaq

Aktual

14 Noyabr 2018, 13:56

“Dövlət başçısının tapşırıqları əsasında özünəməşğulluq proqramlarının icrasında aztəminatlı və həssas qruplar üçün dövlət dəstəyi, kiçik ailə təsərrüfatları biznesə çıxış imkanlarının yaradılması, onların ünvanlı sosial yardım proqramlarından asılılığın azaldılması və digər işlər vüsət alıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazir bildirib ki, pensiya, müavinət sosial yardım formasında ödənişlərlə təmin olunan 2,1 milyona yaxın insanın sosial təminat sisteminin gücləndirilməsi və vətəndaş məmnunluğuna səbəb olan sosial təminat sisteminin qurulması, islahatlar paketinin əsas hədəfini təşkil edir. Sahil Babayev qeyd edib ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif müavinətlər, 64 min nəfər Azərbaycan Prezidentinin təqaüdlərini, 50.2 min ailənin 200 min 200 üzvü isə sosial yardım alır.

 

“Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Cari ildə ölkə iqtisadiyyatının inkişaf meylləri növbəti illərdə sosial iqtisadi inkişafın əsas proqnozları, 2017-2018-ci illər Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrasının nəticələri, 2018-ci ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf tendensiyaları pensiya təminatı sahəsində aparılan kompleks tədbirlərin təsirləri də nəzərə alınmaqla pensiya sisteminin parametrlərinin dəyişməsi əsas götürülüb”.

 

Nazir bildirib ki, aparılan hesablamalara görə, 2019-cu ildə demoqrafik inkişaf meylləri, əhalinin məşğulluğu və sosial vəziyyətinin göstəriciləri, eləcə də pensiya qanunvericiliyində son dəyişikliklər nəzərə alınmaqla sığorta pensiya sisteminin əsas parametrləri aşağıdakı kimi gözlənilir.

 

“Doğulanların sayı 150 min nəfər, doğulanda gözlənilən ömrün uzunluğunun 75.7 yaş (qadınlar üçün 78, kişilər üçün 73.5 yaş), 15-64 yaş arası əmək qabiliyyətli ümumi əhalinin 71 faizi, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6.4 faizini təşkil edəcək. İqtisadiyyatla məşğul olanların sayı 4 milyon 994 min nəfər olacaq. Muzdlu işçilərin orta illik sayı 1 milyon 548 min nəfər olacağı proqnozlaşdırılır.

 

2019-cu ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əmək pensiyaçılarının orta bir illik sayının 1 milyon 294 min nəfər olacağını göstərir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü