Modern.az

Hadi Rəcəbli doğumun azalmasından NARAHATDIR

Hadi Rəcəbli doğumun azalmasından NARAHATDIR

Aktual

14 Noyabr 2018, 14:19

"Doğulan uşaqlara verilən birdəfəlik müavinət artırılmalıdır".


Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında büdcə müzakirələri zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Deputat bildirib ki, 2011-ci ildə ölkədə 176 mindən artıq uşaq doğulubsa, 2017-ci ildə bu rəqəm 144 min 41-ə enib.

"Bu ilin ilk 9 ayının göstəricisi 103 min olub. Bu bölümə maliyyə vəsaitinin artmaması bizi narahat edir".

Problemin həlli məqsədi ilə H.Rəcəbli 2019-cu ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin artırılmasını xahiş edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü