Modern.az

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO

15 Noyabr 2018, 19:35

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) aprel şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin Deputatları, tanınmış ziyalılar, şəhid ailələri, qazilər və universitetin tələbələri iştirak edib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə ilə başlayıb. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova təbdiri açaraq, gələn qonaqları salamlayıb. Rektor işğal altında olan torpaqlarımızın kiçik bir hissəsinin bizə qaytarmaqla xalqımza qələbə sevincini yaşadan qəhrəman oğullarımızın  - Aprel şəhidlərinin xatirəsinin daima qəlbimizdə yaşadığını bildirib:

“Aprel şəhidlərinin hər birinin tanıdılmasında, gənc nəslə vətənpərvərlik hislərinin aşılanmasında bu cür tədbirlərin rolu önəmlidir. Qoy gənclərimiz bu cür qəhrəmanlardan örnək götürsünlər, onlara bənzəməyə çalışsınlar. Aprel şəhidləri bizim qürur mənbəyimiz, and yerimizdir”.

Daha sonra çıxış edən tədbirin təşəbbüskarı və təşkilatçısı  “Zəfər” Şəhid ailələrinə dəstək ictimai Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə deyib ki, şəhidlərin xatirəsinn əbədiləşdirilməsi üçün bu cür tədbirləri ölkənin bir çox təhsil müəssisələrində keçiriblər.

“Belə aksiyalar gənclərin vətənpərvər ruhda yetişməsinə təsir edir”.

Şəhid xanımının çıxışından sonra 2016-cı ilin aprel hadisələrinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə iştirak edən millət vəkilləri – Flora Qasımova, Qənirə Paşayeva, Aqil Abbas çıxışlarında gəncləri qəhrəmanlarımızı daha yaxşı tanımağa, onları tanıtmağa səsləyib, yaxın keçmişimizdə baş verən hadisələri unutmamağa çağırıb.

Aprel qazisi Əhliyyət Mehdiyev çıxışında Aprel döyüşlərini hər zaman həm qürur, həm də hüznlə xatırlayacağını bildirib. Bu döyüşlərdə dostlarını itirdiyini kədərlə xatırlayan qazimiz eyni zamanda illərdir həsrətlə gözlədiyimiz zəfər sevincini yaşadığımız Aprel döyüşlərinin tarixə yazıldığını söyləyib. “Aprel döyüşləri sübut etdi ki, bizim xalqımız və Ordumuz lazım olan vaxt, çətinə düşdüyümüz zaman bir olmağı, Vətən uğrunda döyüşməyi, dost yolunda canından keçməyi bacarır”.  AzMİU tələbələri də tədbirdə aktiv iştirak edib, vətənpərvərlik ruhunda şeirlər söyləyib, mahnılar oxuyublar.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi