Modern.az

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir

16 Noyabr 2018, 11:23

Bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilir.

 

Modern.az-ın xəbərinə görə, iclasın gündəliyinə “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri daxil edilib.

 

“Əmək pensiyaları haqqında” qanunun yeniləndirilmiş 22.1-ci maddəsində (22-1.1) qeyd olunur ki, 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixində qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2 maddəsinə uyğun olaraq hesablanacaq.

 

Həmçinin, 22-1.2.1.-ci maddədə göstərilir ki, 2019-20-ci illərdə bu qanun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla, hesablanacaq.

 

22-1.2.2.-ci maddədə isə qeyd edilir ki, əlilliyi müəyyən edilmiş şəxsə əməyə görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün dörd ay götürülməklə hesablanacaq.

 

22.1.2.3-cü maddəyə gəlincə, təklif edilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən, pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı mövcud qanunun 22-1.2.2.-ci maddəsinə uyğun şəkildə hesablanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü