19 dekabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”
İlham Əliyev: “Azərbaycan və Belarus arasında əməkdaşlıq tamamilə yeni səviyyəyə çatıb”
19.11.2018, 16:01

"Azərbaycan və Belarus arasında əməkdaşlıq müstəqillik dövründə tamamilə yeni səviyyəyə çatıb".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşündə deyib.

 

Dövlətimizin başçısı qeyd edib: “Sağ olun, əziz Aleksandr Qriqoryeviç. İlk növbədə dəvət üçün Sizə təşəkkür edirəm. Yenidən qardaş Belarus torpağında olmağıma çox şadam. Bildiyiniz kimi, bu, Sizin ölkənizə mənim ilk səfərim deyil. Mən Belarusda tez-tez oluram, Siz də Azərbaycana tez-tez rəsmi səfərlər edirsiniz. Bu, bizim yaxşı münasibətlərimizin, məhz ölkələrimiz arasında çox yaxın dostluq əlaqələrinin göstəricisidir. Bu əlaqələrin çox mühüm tarixi aspekti var. Xalqlarımız onilliklər boyu bir-biri ilə fəal ünsiyyətdə olub, əməkdaşlıq ediblər, müstəqillik dövründə isə bu əməkdaşlıq, əlbəttə ki, tamamilə yeni səviyyəyə çatıb”.

 

İlham Əliyev bildirib ki, bu gün Azərbaycanda Belarus haqqında danışanda, ikitərəfli münasibətlərimizlə bağlı müəyyən hadisələri yada salanda bizim cəmiyyətdə həmişə çox müsbət hisslər yaranır:

 

“Vacib olan odur ki, bizim dostluq əlaqələrimiz ölkələrimizin cəmiyyətləri tərəfindən də çox müsbət qəbul edilir. Bilirəm ki, Belarusda da Azərbaycana çox xoş münasibət bəsləyirlər, Azərbaycanda isə Belarusu həqiqətən qardaş ölkə və nəinki keçmiş SSRİ məkanında, həm də dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər. Bunun səbəbləri çoxdur, o cümlədən Sizinlə şəxsi münasibətlərimiz. İnsanlar bütün bunları - bizim məsələləri necə həll etməyimizi, qarşıya qoyulmuş hədəfə doğru necə getməyimizi görür və qiymətləndirirlər. Son illər bizim münasibətlərimizin fəallaşması, Sizinlə razılaşdırdığımız məsələlərin həlli dövrüdür. Münasibətlərimiz məhz onunla fərqlənir ki, biz razılığa gəldiyimiz bütün məsələləri yerinə yetiririk. Biz bütün beynəlxalq qurumlarda bir-birimizi dəstəkləyirik, əməkdaşlıq edirik, Sizin qeyd etdiyiniz kimi, ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir. Sənaye kooperasiyası çox fəal inkişaf edir”.

 

Prezident vurğulayıb ki, hərbi-texniki, mədəniyyət, təhsil sahələrində əməkdaşlığın da yaxşı tarixi var: “Yəni, biz bütün istiqamətlərdə müsbət, yaxşı əhval-ruhiyyə, konkret nəticələr görürük və əlbəttə, əminəm ki, mənim budəfəki səfərim həm görülmüş işləri müzakirə və təhlil etmək, onlara müəyyən yekun vurmaq, həm də gələcək əməkdaşlıq, yaxınlaşma yollarını müəyyən etmək üçün bir imkandır. Əminəm ki, bu gün biz bu istiqamətdə mühüm qərarlar qəbul edəcəyik.

 

Fürsətdən istifadə edib Sizi özünüz üçün münasib vaxtda Azərbaycana növbəti rəsmi səfərə dəvət etmək istərdim. Qonaqpərvərliyə və dəvətə görə bir daha sağ olun”.

 

***

 

"Belarus və Azərbaycan arasında mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır".

 

Bunu isə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

A.Lukaşenko qeyd edib: “Əziz İlham Heydər oğlu, Belarus Sizi gözləyirdi. Rəsmi səfər barədə məlumat çox idi. Bildiyiniz kimi, bunun üçün müxtəlif səbəblər vardı. Bəzən feyk xəbərlər də olurdu. Hərçənd, bu da bir nəticədir. Hətta həqiqətə uyğun olmayan müəyyən mənfi informasiya da bəzən müsbət nəticə verir. Buna görə də Sizin səfərinizə səmimi maraq vardı. Biz bunu çoxdan gözləyirdik. Azərbaycan haqqında çox danışırdılar. Dediyim kimi, bunun səbəbləri çox idi. Səbəblər əsasən xoşniyyətli idi. Beloruslar Azərbaycanı bizə çox dost olan, bizim yaxşı münasibət bəslədiyimiz qardaş respublika kimi qəbul edirlər. Bu, həm prezidentlər arasında, həm hökumətlərarası komissiyada, həm də ticari-iqtisadi sahədə münasibətlərə aiddir. Bunu demək kifayətdir ki, təkcə son bir ildə Belarus ilə Azərbaycan arasında ticarətin həcmi təqribən 3,5 dəfə artıb”.

 

Belarus Prezidenti əlavə edib: “Bir daha təsdiqləmək və Sizi əmin etmək istəyirəm ki, bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq. Biz bir dövlətdə yaşamışıq. Sizinlə çox yaxın insanlarıq. Kiminsə bunu istəyib-istəməməsindən asılı olmayaraq, bizim köklərimiz sovet dövrünə və bəlkə daha uzağa gedib çıxır – 10-15 nəsil bundan əvvəlki həmvətənlərimiz Sizin həmvətənlərinizlə yaxşı münasibətdə olublar. Siz tarixçi kimi bunu yaxşı bilirsiniz.

 

Buna görə də Sizi Belarus torpağında salamlayırıq. Bizə tez-tez gəlin. Hava bugünkü kimi olmayanda gəlin. Hərçənd, bunun da bir ləzzəti var - xüsusən Bakının quru küləyindən sonra. Düşünürəm ki, qışqabağı Minskdə olmaq və ona tamaşa etmək Sizin üçün faydalı olacaq.

 

Onun öz gözəlliyi var. Ən azı onu görmək lazımdır. Buna görə şadam ki, Siz bizə təşrif gətirmisiniz. Danışmağa mövzu var. Bizim bütün sahələrdə - həm ticari-iqtisadi, həm diplomatik, həm siyasi münasibətlərimiz yaxşıdır, hərbi sahədə yaxşı münasibətlərimiz var. Lakin mövcud münasibətləri daha da genişləndirmək mümkündür, buna çalışmaq lazımdır. Buna görə əminəm ki, Sizin Belarusa bugünkü səfəriniz perspektivdə bizim münasibətlərimizin möhkəmlənməsi yolunda yeni addım olacaq”.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub
19.12.2018, 00:46

Ölkəyə 11 ayda 995 min 957 ton yük ixrac olunub

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO
19.12.2018, 00:29

Elektromobil sürücüsü olan qız gülüş hədəfində - VİDEO

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı
19.12.2018, 00:09

Goranboy piyada vuruldu: Yaxınları yolu bağladı

Azərbaycan nefti ucuzlaşıb
18.12.2018, 23:51

Azərbaycan nefti ucuzlaşıb

Baş nazir istefa verdi
18.12.2018, 23:34

Baş nazir istefa verdi

Azərbaycanlıları xərçəng edən əsas səbəb – VİDEO
18.12.2018, 23:25

Azərbaycanlıları xərçəng edən əsas səbəb – VİDEO

Bakıda qız 20 gün əvvəl itkin düşüb
18.12.2018, 23:09

Bakıda qız 20 gün əvvəl itkin düşüb

VMF saatlarının təqdimatı oldu - FOTOLAR
18.12.2018, 22:53

VMF saatlarının təqdimatı oldu - FOTOLAR

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib
18.12.2018, 22:37

Günəş sisteminin ən uzaq obyekti kəşf edilib

Azərbaycana Hindistandan turist cəlb olunur
18.12.2018, 22:18

Azərbaycana Hindistandan turist cəlb olunur

Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda
18.12.2018, 22:07

Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda

Bakıda avtomobil “Bravo”ya girdi
18.12.2018, 21:53

Bakıda avtomobil “Bravo”ya girdi

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar
18.12.2018, 21:41

Azərbaycandan aparılan arı pətəklərini Rusiyaya buraxmadılar

İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan
18.12.2018, 21:30

İsrail-Fələstin münaqişəsinin həllinə dair yeni plan

Vərəmlə mübarizəyə dair konfrans keçirilib
18.12.2018, 21:29

Vərəmlə mübarizəyə dair konfrans keçirilib

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı
18.12.2018, 21:17

Prezident maaşının bir hissəsini büdcəyə qaytardı

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib
18.12.2018, 21:04

Yaxşı ki, Serjik 5 rayonun qaytarılmasından imtina edib

Mediada  Azərbaycan dilinin təmizliyinin qorunması  müzakirə edildi
18.12.2018, 20:58

Mediada  Azərbaycan dilinin təmizliyinin qorunması  müzakirə edildi

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan
18.12.2018, 20:44

İsrail parlamentində ermənilərin saxta diplomları ilə bağlı həyəcan

“Mercedes” yük maşınına çırpıldı
18.12.2018, 20:28

“Mercedes” yük maşınına çırpıldı

ABŞ yeni hərbi qurum yaradır
18.12.2018, 20:17

ABŞ yeni hərbi qurum yaradır

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır
18.12.2018, 20:04

Azərbaycanın mobil operatoru öz smartfonunu buraxır

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO
18.12.2018, 19:59

Sumqayıtda əmək yarmarkası keçirilib - FOTO

Köməksiz qalan azyaşlı xilas edildi
18.12.2018, 19:57

Köməksiz qalan azyaşlı xilas edildi

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var
18.12.2018, 19:46

Əhalinin banklarda 8 milyarddan çox əmanəti var

Polad Bülbüloğlu yenidən sədr seçildi
18.12.2018, 19:41

Polad Bülbüloğlu yenidən sədr seçildi

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb
18.12.2018, 19:32

“Azerspace-2” telekommunikasiya peyki sınaq orbitinə çatıb

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu
18.12.2018, 19:24

Bakıda masaj salonu fahişəxana çıxdı - Sahibi həbs olundu

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı
18.12.2018, 19:19

Azərbaycanla Gürcüstan arasında enerji sahəsində memorandum imzalandı

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO
18.12.2018, 19:12

Tanınmış klarnet ifaçısı vəfat etdi - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO
18.12.2018, 19:01

Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev
18.12.2018, 18:53

Azərbaycan xarici ölkələrlə yorulmadan işləyəcək - Hikmət Hacıyev

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR
18.12.2018, 18:40

Elmar Məmmədyarov səfirləri bir araya topladı - FOTOLAR

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR
18.12.2018, 18:30

Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTOLAR

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ
18.12.2018, 18:26

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin daha bir qərarını ləğv ETDİ

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD
18.12.2018, 18:20

Azərbaycandan Türkiyə universitetlərinə attestatla qəbul dayandırılır - RƏSMİ SƏNƏD

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR
18.12.2018, 18:08

Abel Məhərrəmovun səfir oğlu mükafatlandırıldı - FOTOLAR

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb
18.12.2018, 18:04

Qənirə Paşayeva Türkiyədə özəl ödülə layiq görülüb

Rövşən Rzayev köçkünləri qəbul etdi
18.12.2018, 17:53

Rövşən Rzayev köçkünləri qəbul etdi

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”   
18.12.2018, 17:45

Deputatdan sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ: “…dərhal ölçü götürülməlidir!”  

Manatın sabahkı MƏZƏNNƏSİ
18.12.2018, 17:16

Manatın sabahkı MƏZƏNNƏSİ

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı   
18.12.2018, 17:05

Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı  

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ
18.12.2018, 16:53

2018-ci ilin ən yadda qalan HADİSƏLƏRİ

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu
18.12.2018, 16:39

Gənclər Evində Avropa Həmrəylik Korpusunun açılış tədbiri oldu

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi 
18.12.2018, 16:38

Azərbaycanın qətnaməsi BMT-də qəbul edildi 

Masallıda “Mercedes” yandı
18.12.2018, 16:36

Masallıda “Mercedes” yandı

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü
18.12.2018, 16:21

ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü

Tahir Salahovun əsərləri dünya inciləri sırasında yer alır
18.12.2018, 16:08

Tahir Salahovun əsərləri dünya inciləri sırasında yer alır

Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib 
18.12.2018, 16:06

Bu il sahibkarlara 145 milyon manat güzəştli kredit verilib 

XXI əsrin qadını ilk kitabını Azərbaycana həsr edib   
18.12.2018, 16:04

XXI əsrin qadını ilk kitabını Azərbaycana həsr edib  

ARXİV