Modern.az

“Şollerin arxivi” Fransanın Kann şəhərində uğur qazandı

“Şollerin arxivi” Fransanın Kann şəhərində uğur qazandı

Mədəni̇yyət

20 Noyabr 2018, 09:23

Azərbaycanda istehsal olunumuş “Şollerin arxivi” filmi Fransanın Kann şəhərində keçirilən “Mediterranean Film Festival Cannes 2018” festivalında “Kinematoqrafiyada mükəmməllik sertifikatı” alıb.

 

Bu barədə Modern.az-a filimin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Onun  sözlərinə görə, “Mediterranean Film Festival Cannes 2018” festivalının direktoru cənab Alexander filmin rejissorunu festivalda iştirak etmək üçün dəvət edib. Film noyabr ayının 25-də birincilik uğrunda nümayiş etdiriləcək. Fransanın Kann şəhərində keçirilən “Mediterranean Film Festival Cannes 2018” festivalı əsasən, Latın Amerikası film sənətçilərinə həsr edilib, lakin buna baxmayaraq “Şollerin arxivi” də festivalın rəsmi seçim siyahısına salınıb.

 

Çəkilişləri bir ildən çox davam etmiş “Şollerin arxivi” bədii filiminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun sözlərinə görə triller janrıda lentə alınan ekran əsərinin rejissoru tanınmış kinematoqraf Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçı Faiq Nağıyevdir.

 

Filmdə Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova və başqaları rol alıblar.

 

Müsahibimizin sözlərinə görə, filmdəki hadisələr ötən əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb.  

 

“Biz bu filmdə alman ailəsinin timsalında insan dramı göstərməyə çalışmışıq. Eyni zamanda, filmdə xalqımızın multikultural dəyərlərə sadiq qalması da nəzərdən qaçmayıb. Çox koloritli filmdir”.

 

C.Qasımov deyib ki, filmdə baş verən hadisələr real həyatdan götürülüb: “Almanları sürgün edəndə azərbaycanlı ailəsinə bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi. O sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı gizlincə götürüb saxlayıblar. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib…”.

 

“Şollerin arxivi” bədii filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Bədii film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb.

 

“Ölkə başçısı 2016-cı ilin avqustunda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirmək tapşırılıb. 

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.
Təəssüf ki, biz “Şollerin arxivi” bədii filminin çəklişi zamanı heç bir dövlət qurumundan, ya da hansısa şirkətdən kömək ala bilmədik. Bütün çəkilişləri öz hesabımıza gerçəkləşdirdik”,-C.Qasımov deyib.


Cəlaləddin Qasımovun sözlərinə görə, “Şollerin arxivi” filiminin seçildiyi “Mediterranean Film Festival Cannes 2018” festivalı dünyaca məşhur olan Kann festivalı deyil, sadəcə eyni şəhərdə keçirilir. Festival filmin qəbul üçün tələb olunan ödəniş rüsumlarını belə özü ödəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır