Modern.az

Kürdə icazəsiz balıq ovlayan tutuldu  

Kürdə icazəsiz balıq ovlayan tutuldu   

Aktual

22 Noyabr 2018, 11:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Kür çayının Tovuz rayonu ərazisində icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Tovuz rayon sakini Rövşən Salmanov olduğu müəyyən edilib, ondan ovladığı balıqlar, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq R.Salmanov barəsində 451 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü