Modern.az

Oqtay Əsədov deputatları Sankt-Peterburqa aparır

Oqtay Əsədov deputatları Sankt-Peterburqa aparır

5 Noyabr 2011, 13:31

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleya Şurasının iclasında iştirak etmək üçün noyabrın 9-da Sankt-Peterburqa səfər edəcək. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Rasim Musabəyov, Rüfət Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
MDB Parlamentlərarası Assambleya Şurasının iclasında təşkilatı məsələlərlə yanaşı, Qırğızıstanda prezident seçkilərində qurum nümayəndələrinin müşahidəçi kimi iştirakı, Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq konfransın, Neva ekoloji konqresinin, “Vətəndaşların demokratiya və seçki hüquqları”,  “MDB: nailiyyətlər, problemlər və perspektivlər” adlı seminarların nəticələri barədə və digər mövzularda müzakirələr aparılacaq.

Nümayəndə heyətinin üzvləri burada seçki və referendumlarda iştirak edən beynəlxalq müşahidəçilər üçün nəzərdə tutulmuş seminarda,  MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında iştirak edəcəklər.
Səfər müddətində Milli Məclisin Sədri Oqtay Əsədovun Rusiya Federal Məclisinin Federal Şurasının sədri Valentina Matviyenko, Ukrayna Ali Radasının Sədri Vladimir Litvin və tədbirlərdə iştirak edən digər nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.
Bu görüşlərdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü