Modern.az

Nəqliyyat Agentliyindən ETİRAF: “Çox ciddi sürücü problemi var”

Nəqliyyat Agentliyindən ETİRAF: “Çox ciddi sürücü problemi var”

Aktual

1 Dekabr 2018, 11:44

"Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır. Bu gün çox ciddi sürücü problemi var".

 

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin (PJB) təşkil etdiyi mediatur zamanı deyib.

 

V.Kərimli bildirib ki, normalda 1 sürücü 8 saat işləməlidir. "Bu, hər avtobus üçün 2-3 sürücü edir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var. Sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur.

 

Onlar səhər saat 6-dan axşama kimi sükan arxasında olurlar və bundan fiziki olaraq yorulurlar. Plan verdikləri üçün vətəndaşları 30 qəpik olaraq görürlər. Biz belə hallara qarşı addımlar atırıq".

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü