Modern.az

Yol tikintisi ilə bağlı külli miqdarda mənimsəmə faktı aşkarlandı

Yol tikintisi ilə bağlı külli miqdarda mənimsəmə faktı aşkarlandı

3 Dekabr 2018, 19:46

 Ermənistanda Şimal-Cənub avtomobil magistralının tikintisi zamanı, təqribən, 1,9 milyon ABŞ dolları məbləğində dövlət vəsaiti dağıdılıb.

 

Modern.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

 

Aparılan yoxlamalar zamanı işlərin keyfiyyətlə, müasir səviyyədə aparılmadığı və vaxtında başa çatdırılmadığı, bunun nəticəsində dövlətə 23,5 milyard dram, yəni, təqribən, 48 milyon ABŞ dolları həcmində maddi ziyan vurulduğu ortaya çıxıb.

 

Həmçinin layihənin birinci mərhələsində tikinti işlərinə texniki nəzarəti həyata keçirən Fransa şirkətinin rəhbəri iş icraçısı olan İspaniya şirkətinin rəhbəri və dövlət məmurları ilə əlbir olub sənədlərin saxtalaşdırılması yolu ilə 1,9 milyon dollaradək dövlət vəsaitlərini ələ keçirib. Fransa şirkətinin rəhbəri şübhəli şəxs qismində cəlb edilməklə barəsində xaricə getməmək qəti imkan tədbiri seçilib, istintaq aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü