Modern.az

“Azərbaycanda mən də daxil olmaqla astroloq yoxdur”  

“Azərbaycanda mən də daxil olmaqla astroloq yoxdur”   

Aktual

5 Dekabr 2018, 12:11

Artıq 2018-ci ilin yekunlaşmasına sayılı günlər qalıb. Şərq təqvimi ilə qarşıdan 2019-cu il - Qaban ili gəlir.


Modern.az-
ın əməkdaşı Qaban ilinin xüsusiyyətləri, bu ildə bizi nələrin gözləyəcəyi kimi  suallarla AMEA-nın böyük elmi işçisi, filologiya elmləri namizədi, tanınmış astroloq Firudin Qurbansoya müraciət edib. Firudin Qurbansoy isə neçə illərdir ki, öncədən proqnoz vermədiyini bildirib:

“Dediyiniz məsələlərlə bağlı danışmıram. 4-5 ildir ki, proqnoz da vermirəm. Ümumilikdə astrologiya ilə bağlı daha heç nə demirəm”.

Firudin Qurbansoy  qəti şəkildə özünü astroloq kimi görmədiyini də söyləyib:

“Azərbaycanda mən də daxil olmaqla astroloq yoxdur. Amma Səbuhi Rəhimli öz üzərində çalışır və məlumatlıdır. Ona görə də ən yaxşı astroloq kimi Səbuhi Rəhimlini məsləhət görə bilərəm. Ondan başqası yoxdur”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü