Modern.az

Yerevanın Baş katib DİLEMMASI – Paşinyan seçkiqabağı hiyləyə əl atdı

Yerevanın Baş katib DİLEMMASI – Paşinyan seçkiqabağı hiyləyə əl atdı

Dünya

6 Dekabr 2018, 13:33

Dekabrın 6-da Kollektiv Təhlükəsizlik Müqaviuləsi Təşkilatına (KTMT) üzv ölkələrin prezidentləri yeni Baş katibi seçməli idilər.

 

Modern.az xəbər verir ki, gözlənilən sammit təxirə salınıb və Yeni İldən sonra keçiriləcək. Amma baş verənlərlər bununla yekunlaşmayıb.

 

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov sammitin Ermənistan tərəfinin xahişi ilə təxirə salındığını və bunun ölkədə seçkiqabağı situasiya ilə əlaqələndirildiyini söyləyib. Bunun ardınca, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Arman Yeqoyan ölkə rəhbərliyinin bu cür xahişlə müraciət etmədiklərini diqqətə çatdırdı.


Yaranmış qarışıqlığa reaksiya verən Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova rəsmi Yerevanın açıqlamasının anlaşılmazlıq yaratdığını söyləyib.

 

KTMT-ın Baş katibi funksuyasını müvəqqəti olaraq icra edən rusiyalı nümayəndə Valeri Semerikov sammitinin ləğvinin hərbi-siyasi blokun rəhbərləri tərəfindən verildiyini xatırladıb.

 

MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarixin dövlət başçılarının sammitinin ləğvinin Ermənistana sərf etdiyini açıqlayıb. Onun fikrincə, Yerevan Yuri Xaçaturovun istefasından sonra bu postu öz əlində saxlamağa çalışır.

“Ermənistan Baş katib postunu əlində saxlamaq istəyirdi. Amm əksər üzvlər Belarusun namizədinin təyin olunmasını gözləyir”.

 

Jarixinin fikrincə, sammtin təxirə salınması Yerevanın maraqlarına cavab verir və təşkilat daxilində yekdil qərarın olmamasından xəbər verir. O həmçinin, Paşinyanın 9 dekabr parlament seçkiləri öncəsi hiyləyə əl atdığını da deyib.  

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü