Modern.az

Şəkidə gəlin baldızı tərəfindən döyüldü

Şəkidə gəlin baldızı tərəfindən döyüldü

6 Dekabr 2018, 23:06

Şəkidə 40 yaşlı qadın baldızları tərəfindən döyülüb. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Kiş kənd sakini, 1978-ci il təvəllüdlü Mətanət Sabir qızı Nəbiyeva axşam saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə daxil olub. Müayinə zamanı xəstəyə başın küt travması və sağ təpə nahiyyəsinin dərialtı hemotoması diaqnozu qoyulub.

 

Xəstəxanadan bildirilib ki, 40 yaşlı M.Nəbiyeva baldızları tərəfindən döyüldüyünü bildirib. Hazırda xəstə həkim tərəfindən müayinə olunur.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü