Modern.az

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

Paşinyanın yeni kadr təyinatları mətbuata SIZDI

11 Dekabr 2018, 12:41

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkə parlamentinin spikeri postunu hökumətdəki 1-ci müavini Ararat Mirzoyana həvalə etmək istəyir.

 

Modern.az Ermənistan “İravunk” qəzetinə istinadən xəbər verir ki, o, baş nazirin 1-ci müavini postuna Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı gətirmək niyyətindədir.

 

“Artur Vanetsyanın “Mənim addımım” bloku ilə münasibətləri kifayət qədər istidir. Buna görə o, baş nazirin 1-ci müavini postuna təyinat alacaq. Vanetsyan baş nazirin 1-ci müavini seçiləndən sonra Milli Təhlükəsizlik Xidmətinin direktoru postuna Respublika Partiyası ilə bütün körpüləri yandıran Feliks Tsolakyan gətiriləcək”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır