Modern.az

İlham Əliyev Georgi Pirvanovla təkbətək görüşüb

İlham Əliyev Georgi Pirvanovla təkbətək görüşüb

Təhsil

14 Noyabr 2011, 16:33

Bu gün Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun rəsmi qarşılanma mərasimi olub.
Modern.az AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Respublikasının Prezidentinə raport verib.
Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib. 
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. 
Bolqarıstan Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Georgi Pırvanova, Bolqarıstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. 
Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Georgi Pırvanov rəsmi foto çəkiblər.

Noyabrın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun təkbətək görüşü olub.
Görüşdə son illərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub Siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivin olduğu vurğulanıb. Əlaqələrimizin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik bildirilib və Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana rəsmi səfərinin bu baxımdan önəmi qeyd edilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü