Modern.az

Fransada olan azərbaycanlı deputat Strasburq terrorundan DANIŞDI  

Fransada olan azərbaycanlı deputat Strasburq terrorundan DANIŞDI   

Aktual

12 Dekabr 2018, 12:39

Dünən – dekabrın 11-də Fransanın Strasburq şəhərində atışma baş verib. Silahlı şəxsin insanları atəşə tutması nəticəsində 3 nəfər  ölüb, 12 nəfər xəsarət alıb. Atışma şəhərin mərkəzində təşkil olunmuş Milad bazarında baş verib.

Hazırda Strasburq şəhərində olan Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Modern.az-a bildirib ki, hadisə baş verən zaman şəhərdəki bütün binalar bloklanıb.

“Həmin binalarda yaşayan şəxslər isə küçələrə buraxılmayıb. İnsanlara bildirilib ki, heç kim evdən çölə çıxmasın. Bütün gecə ərzində axtarış əməliyyatlarının aparılmağına baxmayaraq terrorçunu hələ ki tapmaq mümkün olmayıb. Bu gündən isə şəhərdə vəziyyət normallaşıb və insanlar əvvəlki qaydada yaşamağa başlayıblar. Lakin 600-dən çox polis və jandarm qüvvələri terrorçunun axtarışı istiqamətində işlər görürlər. Axtarışlar davam etdirilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü