Modern.az

Lavrov bu gün Bakıya gəlir

Lavrov bu gün Bakıya gəlir

13 Dekabr 2018, 10:05

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

 

Modern.az-ın məlumatına görə, nazir sabah Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

 

Qeyd edək ki, iclasda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında altı aylıq sədrliyinin yekunları müzakirə olunacaq.

 

Bundan başqa, iclas zamanı iqtisadi əməkdaşlıq sahəsində bir çox regional məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı, elm və texnologiyalar, səhiyyə kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü