Modern.az

Lukaşenko: “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil”

Lukaşenko: “Bizi Azərbaycana silah satmaqda qınamaq lazım deyil”

Dünya

14 Dekabr 2018, 15:08

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycana silah satması ilə bağlı suala cavab verib.

 

Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, Minskdə rusiyalı jurnalistləri qəbul edən Lukaşenko Ermənistanın bu məsələyə etirazına cavab verib.

 

“Polonez” raket komplekslərinin sınağına rusları, erməniləri  və azərbaycanlıları dəvət etdik. Hamı gördü ki, bu silahlar yüksək dəqiqliyə malikdir. Azərbaycanlılar dedilər ki, bu silahdan bizə satın. Axı biz də götürdüyümüz kreditləri qaytarmalıyıq. Ona görə azərbaycanlılara bu silahları satacağımı dedim. Ermənilərə də analoji silahı təklif etdim. Onlar dedilər ki, onların paradda nümayiş etdikləri “İsgəndər” raketləri var. Azərbaycanlıların xahişi ilə onların paradına da kompleksi hazır etdik. Mənim günahım yəqin ki, raketləri parada qədər hazır etməyimdə olub. Amma ermənilərə də bu təklifi etmişdim”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü