Modern.az

Türkiyə millisi möcüzə göstərə bilmədi

Türkiyə millisi möcüzə göstərə bilmədi

Təhsil

16 Noyabr 2011, 07:42


Avropa Çempionatı-2012-nin “pley-off” mərhələsinin cavab görüşünə çıxan Türkiyə millisinə ümidlər çox az olsa da, ötən gecə azarkeşləri ay-ulduzlu komandadan möcüzə gözləyirdi.
Amma evdə qeydə alınan 0:3 hesablı məğlubiyyətin əvəzini Xorvatiya yığmasından çıxmaq mümkün olmadı.
Türkiyə millisi 0:0 hesabına razılaşmağa məcbur olaraq Avropa Çempionatı ilə vidalaşdı.

Portuqaliya millisi öz meydanında Bosniya-Hersoqovinanı qəbul edib. İlk görüşdə 0:0 hesabı qeydə alındığından bu oyunda hər iki komandanın şansı qalırdı. Lakin Portuqaliya millisi bu görüşün əsas favoriti hesab olunurdu. 72 dəqiqə Portuqaliyaya müqavimət göstərən qonaqlar sonda təslim olublar. Portuqaliya isə rəqibini 6:2 hesabı ilə darmadağın etməklə AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanıb.

Səfərdə Çexiyaya 0:2 hesabı ilə uduzan Çernoqoriya millisi isə doğma azarkeşlər önündə  məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, bunu bacarmayıb -0:1.

İrlandiya millisi isə artıq cütün taleyini ilk oyunda həll etmişdi. Səfərdə Estoniyanı 4 cavabsız qolla məğlub edən irlandlar üçün bu görüş formal xarakter daşıyırdı. Lakin cavab görüşü sülhlə başa çatıb - 1:1.

Portuqaliya – Bosniya – Hersoqovina 6:2 (ilk oyun – 0:0)
Xorvatiya – Türkiyə 0:0 (ilk oyun – 3:0)
Çernoqoriya – Çexiya 0:1 (ilk oyun – 0:2) 
İrlandiya – Estoniya 1:1 (ilk oyun – 4:0)

Beləliklə gələn il Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatında aşağıdakı komandalar iştirak edəcəklər:

Ukrayna, Polşa, İngiltərə, Fransa, Almaniya, İtaliya, Hollandiya, İspaniya, Portuqaliya, Rusiya, İsveç, Danimarka, Çexiya, Xorvatiya, İrlandiya və Yunanıstan.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü