Modern.az

Bərdədə torpaq üstündə kütləvi dava

Bərdədə torpaq üstündə kütləvi dava

Aktual

16 Dekabr 2018, 20:57

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb.

 

İki qonşu arasında torpaq üstündə baş verən kütləvi dava zamanı 3 nəfər - 38 yaşlı Cəfərov Elsəvər Qıyas oğlu, 1976-cı il təvəllüdlü Quliyeva İlhamə Qurban qızı və 1985-ci il təvəllüdlü Cəfərquliyev Xəyyam Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Onların hər üçünün vəziyyəti orta ağırdır.

 

Fakt bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xatırladaq ki, bir neçə gün əvvəl də Bərdədə kütləvi dava olub, 4 nəfər bıçaqlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü