Modern.az

“2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır!” 

“2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır!” 

Aktual

18 Dekabr 2018, 13:06

“Dekabrın 12-də Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə böyük uğur və qələbədir”.

 

Modern.az saytının məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti ilk dəfədir ki, belə qətnamə qəbul edib:

“Biz adətən görürdük ki, Avropa Parlamenti Ukrayna, Moldova və  Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin isə sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayırdı. 

Azərbaycana isə deyirdilər ki, gedin ermənilərlə razılaşın. Beləcə dolayısı yolla ermənilərə dəstək verirdilər.

İlk dəfədir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini vacib sayıb”.

Qüdrət Həsənquliyev hesab edir ki, bu ,Azərbaycan parlamentinin böyük uğurudur.

“Mən Cavanşir Feyziyev başda olmaqla bu tədbirdə iştirak edən həmkarlarımızı təbrik edirəm”.

 

Deputatın sözlərinə görə, son dövrlər ikinci diplomatik qələbə odur ki, artıq Ermənistan təklənib, hətta öz müttəfiqlərini itirir: “Hesab edirəm ki, Azərbaycan Ermənistana təzyiqlərini artırılmalı, 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır!"

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü