Modern.az

Bu il dünyada 80 jurnalist öldürülüb - HESABAT  

Bu il dünyada 80 jurnalist öldürülüb - HESABAT   

18 Dekabr 2018, 14:56

Sərhədsiz Reportyorlar Təşkilatı 2018-ci il üçün hesabat açıqlayıb.
Modern.az xəbər verir ki, hesabata görə, 2018-ci ildə dünyada 80 jurnalist öldürülüb, 348 nəfər həbs olunub, 60 media nümayəndəsi isə girovluqdadır.


Hesabatda vurğulanır ki, jurnalistlərin qətli, həbsi, girov götürülməsi, məcburi yoxaçıxma halları artıb. Qurum jurnalistlərin builki kimi zorakılığa, pis rəftara məruz qalmadığını vurğulayır.

2018-ci ildə ən çox jurnalist Əfqanıstanda öldürülüb – 15 nəfər. Suriyada 11, Meksikada isə 9 jurnalist öldürülüb. İyunda “Capital Gazette”nin beş əməkdaşının güllələnməsi ilə Amerika Birləşmiş Ştatları da siyahıda önə çıxarıb.

Hazırda dünyada 348 jurnalist həbsdədir, ötən il bu rəqəm 326 idi. Həbsdəki jurnalistlərin yarıdan çoxu Çin, İran, Səudiyyə Ərəbistanı, Misir və Türkiyədə saxlanılır. Təkcə Çində 60 jurnalist həbsdədir.

Hazırda girovluqda 60 jurnalist var. Onların ən çoxu Suriya, İraq və Yəməndə saxlanır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır