16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycan dünyada tolerantlıq ideyasını necə təbliğ edir...  
Azərbaycan dünyada tolerantlıq ideyasını necə təbliğ edir...  
23.12.2018, 16:00

Madrid və Berlin konfranslarının mesajı
 

Azərbaycanın tolerantlıq prinsiplərinə söykənən siyasəti və onun uğurlu təqdimatı artıq ölkənin vizit kartına çevrilib. Qədim tarixə malik ölkəmizdə mövcud olan milli və dini həmrəylik xalqımızın milli koduna çevrilməklə region üçün sabitlik və barışın açarı hesab olunur.  

Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasətin əsas hədəfi Azərbaycanın bu irsinin təbliği, çağdaş dünyamızda dini, etnik dözümsüzlük zəmnində baş qaldırmış kobud ayrı-seçkilik siyasətinin ifşa olunması və bəşəriyyətin birgəyaşaşış modelini dağıtmağa can atanların niyyətinə qarşı durmaqdır.

Bunun üçün ölkəmizin böyük tarixi təcrübəsi, kifayət qədər resursu və verə biləcəyi mesajları var.  Azərbaycan uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz islam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb.


Dövlətin qüdrətinin müəyyən edən iqtisadi güc və siyasi nüfuzla yanaşı,  ölkədə milli birliyinin sütununu sarsılmaz edən humanitar siyasətdir. Məhz cəmiyyətə yönəlik  humanitar siyasət sayəsində  ölkədəki sosial-siyasi sabitlik bərqərar olur. Bu humanitar siyasətin məhək daşlarından biri tolerantlıq və multikulturalizmdir. Bu baxımdan Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Odur ki, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan bu gün dünyaya  tolerantlıq baxımından təqdim etdiyi yeni model özünün fərqli təqdimatı ilə seçilir. 

Təəssüf ki, bu gün dünyada xalqların inamları ilə oynayan avantürist siyasətbazlar dini zəmində süni münaqişələr yaradaraq, bunu guya baş verən zorakılıq faktlarının əsası kimi göstərirlər. Bir sıra dövlətlərin dini ayrıseçkilik şüarlarına söykənərək, apardıqları bədnam siyasət bugünkü dünyanın gerçək reallığına çevrilib.  Ortada kədərli tablo var: dini nifrət püskürən ideologiya terrorun bir aləti olmaqla sanki geopolitik güclərin əsas silahına çevrilib.  

Nəticədə minlərlə insan etiqadı və etnik mənsubiyyətinə görə əzab çəkir.


Azərbaycan cəmiyyətində mövcud tolerantlıq nümunəsinin xaricdə təbliği bu baxımdan ölkəmizin bəşəri dəyərlərə sadiqliyini göstərməklə yanaşı, bu dəyəri bütün dünya üçün bir mayaka çevirməkdə böyük rol oynayır.  Bu, həmçinin Azərbaycanı dünyanın humanist ideyalarını prioritet sayan dövlətlərin cərgəsinə çıxarır. 

Azərbaycan 2018-ci ildə də özünün prinsiplərinə sadiq qalıb və barış missiyasını uğurla davam etdirib. 
 

Bu il dünyada “Bakı prosesi” adlandırılmış mədəniyyətlərarası və dinlərarası dialoqun 10 yaşı tamam olub.  “Bakı prosesi” multikultural dəyərlərin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. “Bakı prosesi” prezident İlham Əliyevin dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır.

Bu çağırış Qafqaz Müsəlmanları İdarəsini də prosesin mühüm detalına çevirib. Xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir.

2018-ci ildə QMİ sədri Allahşükür Paşazadənin iştirak etdiyi tədbirlər bu baxımdan məhsuldar olub.  QMİ-nin təşkilatçılığı ilə İspaniyada və Almaniyada keçirilmiş konfranslar bu siyasətin təbliğində öz töhfələrini verib.  Prezident İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycanda “Multikulturalizm ili”nin və “İslam Həmrəyliyi ili”nin elan olunmasının ardınca, “Bakı prosesi”nin 10 illiyi münasibətilə tədbirlərin davamı kimi keçirilmiş bu tədbirlər dinlərarası və sivilizasiyalararası dialoqun davam etdirilməsinə, müasir dünya üçün narahatlıq doğuran problemlərin aradan qaldırılmasına beynəlxalq ictimaiyyətin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini ortaya qoymaq məramına xidmət edir.


Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bu konfranslara Azərbaycandakı üç  müxtəlif dini konfessiyanın liderləri ilə birgə iştirakı ölkəmizdəki mövcud “dini həmrəylik” ideyasının dünyaya parlaq təqdimatı hesab etmək olar.

 

Keçirilmiş beynəlxalq konfransların əsas mesajı qarşılıqlı nifrəti və dini zəmində təqibləri pisləməklə yanaşı, müxtəlif dini konfessiyaların həmrəylik nümayişini vacib əhəmiyyətini göstərmək idi.  Dünyanın müxtəlif ölkələrindən konfranslara qatılmış yüzlərlə nufuzlu ruhani və ictimai liderlər bəyan etdilər ki, bəşəriyyətdə tüğyan edən dini nifrət və dözümsüzlük cəmiyyətin əsaslarını sarsıdır və belə təhlükəli cəhdlər insan haqlarının fundamental əsaslarından sayılan dini etiqad azadlığına zərbə vurur.  Konfranslarda qeyd olunub ki, bunun qarşısını almaq üçün bütün dini liderlər, tərəqqipərvər insanlar səylərini birləşdirərək,  xalqlar arasında uçurum yaradan bu qondarma faktora qarşı durmağı bacarmalıdır.

Tədbirlərdə əsas diqqətçəkən məqamlardan biri hökumətlərə ünvanlanan çağırışdır.  Orada qeyd olundu ki, bu gün hökumətlərlə dinlər arasında münasibətlərdə müəyyən edilən harmoniya hər iki tərəf üçün vacib detaldır.

Şeyxülislam Allahşükür Paşazadənin 2018-ci ildə Rusiyaya, Qazaxstana, Avstriyaya, Şimali Qafqaz bölgəsinə səfərlərindəki çıxışlarında da tolerantlıq və birgəyaşayış tezisləri aparıcı olub. QMİ sədrinin bu görüşləri böyük bir arealı Azərbaycanın irəli sürdüyü bu prioritetlərin təbliği üçün unikal bir məkana çevirib.

 

A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də xristian dininin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri bu istiqamətdə ciddi rıçaqdır və Prezidentin yürütdüyü siyasətin reallaşmasında öz töhfələrini verir. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın tolerant körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir.


Bu gün dünyanın müxtəlif ölkələrində törədilən terror aktları, insan qırğını, separatizm, islamofobiya, antisemitizm, sivilizasiyalar arasında qütbləşmə dinlərarası və millətlərarası  dialoqa ciddi zərbə vurur. Lakin yaşanan bütün faciələrə baxmayaraq, işıqlı insanlarda bir əminlik var: Dünyanı məhvərindən çıxarmağa qoymayan  əbədi mənəvi dəyərlər mövcuddur. Tolerantlıq belə dəyərlərdəndir.

Azərbaycan bu baxımdan dünyaya öz təcrübəsini yaymaqla belə bəşəri dəyərləri bölüşdüyünü və bütün dövrlərin qabaqacıl maarifçilərinin və dövlətlərinin arzu etdiyi humanist prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir.


A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi   
16.01.2019, 15:46

Oqtay Şirəliyev baş həkimlərə tapşırıq verdi  

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ
16.01.2019, 15:44

AQTA-dan dabaq xəstəliyi ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir
16.01.2019, 15:34

Azərbaycanda “quş qripi” monitorinqləri keçirilir

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi
16.01.2019, 15:33

Binəqədidə hava şəraiti ilə bağlı iclas keçirildi

Üç prezidentin yeni sammiti keçiriləcək
16.01.2019, 15:31

Üç prezidentin yeni sammiti keçiriləcək

Ağstafada 20 Yanvar şəhidlərini anıldı
16.01.2019, 15:28

Ağstafada 20 Yanvar şəhidlərini anıldı

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq
16.01.2019, 15:27

“Azərişıq” sabahdan gücləndirilmiş iş rejimində çalışacaq

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib
16.01.2019, 15:26

Nazirlk: Pensiya, müavinət və təqaüdlərdə artım tempi davam edib

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi   
16.01.2019, 15:21

AMEA-nın mətbuat katibinə yeni vəzifə verildi  

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı
16.01.2019, 15:15

Sərhədi pozana xəbərdarlıq atəşi açıldı

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident
16.01.2019, 15:14

“Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur” - Prezident

BDU-da imtahanların vaxtı dəyişdirilib
16.01.2019, 15:11

BDU-da imtahanların vaxtı dəyişdirilib

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb
16.01.2019, 15:06

Məmmədyarov-Mnatsakanyan görüşü başlayıb

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”   
16.01.2019, 15:04

“Belə hallar Azərbaycan ailələrinə yaraşmaz”  

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ
16.01.2019, 14:54

Xəstəxanalar adi qrafikdə çalışacaq - RƏSMİ

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı   
16.01.2019, 14:54

Sabah universitetlərdə də dərs olmayacaq - İmtahanlar təxirə salındı  

Milli Məclis sabah komitə iclası keçirəcək   
16.01.2019, 14:52

Milli Məclis sabah komitə iclası keçirəcək  

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!
16.01.2019, 14:40

Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında rəsmi xəbərdarlıq - Sabah ehtiyatlı olun!

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR
16.01.2019, 14:39

Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşdü - FOTOLAR

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK   
16.01.2019, 14:38

Sabahın hava PROQNOZU açıqlandı - Güclü KÜLƏK  

Ərdoğan-Putin görüşünün detalları açıqlandı
16.01.2019, 14:34

Ərdoğan-Putin görüşünün detalları açıqlandı

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb”
16.01.2019, 14:26

İcra Hakimiyyəti polisi təkzib ETDİ: “Rəsulzadənin barelyefi oğurlanıb

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR
16.01.2019, 14:08

Nazir sabahkı dərsləri təxirə saldı - İki gün məktəb olmayacaq - ƏMR

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir
16.01.2019, 14:01

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi davam edir

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR
16.01.2019, 13:53

Deputatlar, jurnalistlər və valideynlər BDU-da imtahanları izlədi - FOTOLAR

Putinə qarşı sui-qəsdin qarşısı alındı
16.01.2019, 13:43

Putinə qarşı sui-qəsdin qarşısı alındı

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  
16.01.2019, 13:42

Cərimələrdən gizlənən sürücülərə əlavə cərimə yazılacaq - FOTO  

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi
16.01.2019, 13:36

Bakıdakı küçələrdən birinə Fərman Salmanovun adı verildi

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi
16.01.2019, 13:17

Bakıdakı sosial sığınacaqlar da gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO   
16.01.2019, 13:10

Azərbaycanlı fitoterapevt “Cavanlıq içkisi” hazırladı - FOTO  

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı
16.01.2019, 13:02

65 vəzifə üçün müsahibənin vaxtı açıqlandı

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər   
16.01.2019, 12:45

Nazirlikdən ifrat təhlükəli hava XƏBƏRDARLIĞI: sabah bəzi yerlərdə işlər dayandırıla bilər  

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü
16.01.2019, 12:37

Mehmanxanaya hücum zamanı 15 nəfər öldürüldü

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
16.01.2019, 12:36

Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi
16.01.2019, 12:33

İlham Əliyev iranlı Baş Qərargah rəisini qəbul etdi

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!   
16.01.2019, 12:32

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!  

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi   
16.01.2019, 12:17

Yol polisi sürücülərə XƏBƏRDARLIQ etdi  

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb
16.01.2019, 12:17

Ötən il 1250 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu   
16.01.2019, 12:09

Nazirlik pensiyalarla bağlı narazılığa son qoydu  

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
16.01.2019, 12:06

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır- ETİRAZ

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi   
16.01.2019, 11:56

“Azərenerji” də hava şəraiti ilə bağlı xüsusi rejimə keçdi  

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər
16.01.2019, 11:55

Böyük Britaniya hökuməti bu gün istefaya göndərilə bilər

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR
16.01.2019, 11:54

Pedaqoji Universitetin müəllimləri  LDU-da imtahan prosesini izləyiblər - FOTOLAR

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 
16.01.2019, 11:50

Polis İdarəsi: “Rəsulzadənin barelyefini Novxanı bələdiyyəsi çıxarıb” 

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib
16.01.2019, 11:45

Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edib

Ermənistanın ən gənc deputatı – FOTOLAR
16.01.2019, 11:19

Ermənistanın ən gənc deputatı – FOTOLAR

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi
16.01.2019, 11:07

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı   
16.01.2019, 10:59

İlham Əliyev “SOCAR karbamid” zavodunu işə saldı  

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu
16.01.2019, 10:57

Qubada evdən 1600 manat oğurlayan şəxs tutuldu

Dünya daşnakları Qarabağa toplaşacaq
16.01.2019, 10:55

nya daşnakları Qarabağa toplaşacaq

ARXİV