Modern.az

Binəqədidə əlil uşaqlar üçün “Yeni il” şənliyi keçirildi

Binəqədidə əlil uşaqlar üçün “Yeni il” şənliyi keçirildi

25 Dekabr 2018, 12:55

24 dekabr 2018-ci il tarixdə Xəzər Universitetinin Dünya məktəbində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Xəzər Dünya məktəbi və “Zəka” adası tədris mərkəzinin təşkilatçılığı ilə əlil və qəyyumluqda olan uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə “Yeni il” şənliyi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, “Dünya” məktəbinin təsisçisi Nailə İsayeva, Əlillərin Beynəlxalq Əməkdaşlığı Cəmiyyətinin Əlil Uşaqlarla iş Mərkəzinin rəhbəri Esmiralda Rəhimova və valideynlər iştirak edib.

 

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva uşaqları bayram münasibətilə təbrik etdi, uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışaraq, ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əqli və fiziki məhdudiyyətli uşaqları daim diqqət mərkəzində saxladıqlarını qeyd etdi.

 

 

Maraqlı proqramla çıxış edən şaxta baba və qar qız uşaqları bayram sovqatları ilə sevindirmiş, Dünya məktəbinin və 6 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

 

Şənliyin sonunda uşaqların hər birinə hədiyyələr təqdim olundu, aztəminatlı ailələrə bayram sovqatları verildi.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır